Qəbələnin daha bir sabiq üzvü Mordoviyada
25 iyul 2014 14:19
"Qəbələ"nin daha bir sabiq futbolçusu - Lorenzo Ebesilio da karyerasını Rusiyanın "Mordoviya" klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin İbrahim Niassenin ardınca Ebesilionu da yanına aparıb.
Ebesilio ilə 1 illik müqavilə imzalanıb. Donetsk "Metallurg"una (Ukrayna) məxsus yarımmüdafiəçi Rusiya klubunda icarə əsasında çıxış edəcək.