Salmanov Vaduts - Rux matçında 8 sarı, 1 qırmızı vərəqə göstərdi
Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Lixtenşteyndə yerli "Vaduts"la Polşanın "Rux" komandası üz-üzə gəlib.
Bu qarşılaşmanı azərbaycanlı hakimlər briqadası idarə ediblər. Baş hakim Anar Salmanov idi. Ona yan xətt hakimləri Mübariz Həşimovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda "Rux" 3:2 hesabıyla üstün olmuşdu. Cavab görüşündə qol vurulmadığından növbəti mərhələyə Polşa klubu çıxıb. Salmanov bu oyunda səkkiz sarı, bir qırmızı vərəqə üçün əlini cibinə atmalı olub. Sarı vərəqələrdən dördü qonaq, bir o qədəri də meydan sahibi olan futbolçuların payına düşüb. Qırmızı vərəqəni isə o, 75-ci dəqiqədə "Vaduts"un oyunçusuna göstərib.