Georgi Nikolov: Hakimlər bizi qələbədən məhrum etdilər
25 iyul 2014 01:41
Bakı "İnter"inin prezidenti Georgi Nikolov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının məğlubiyyətini (0:1, penaltilərlə - 3:4) belə şərh edib:
"Oyundan öncə çoxları zarafat edirdi ki, hakim Bolqarıstandandı, buna görə də o, "İnter"ə və mənə - həmyerlisinə kömək edəcək. Amma oyun zamanı hər şey tam fərqli oldu. Hakimlik dəhşətli idi. Belə idarəçilik gözləmirdim. Hakimlər bizi qələbədən məhrum etdilər".
Xatırladaq ki, bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda "İnter" "Elfsborq"dan güclü olmuşdu - 1:0.