İnter tarixində 3-cü dəfə avrokubokları penaltilərdə uduzaraq tərk etdi
25 iyul 2014 00:56
Azərbaycanın "İnter" klubu tarixində üçüncü dəfə avrokubokları penalti seriyasındakı məğlubiyyətlə tərk edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində İsveç "Elfsborq"una məhz penalti seriyasında (1:0, 0:1, penaltilərlə 3:4) uduzan "bankirlər" bundan öncə daha iki dəfə eyni aqibəti yaşamışdılar.
Belə ki, 2010/11 mövsümündə Azərbaycan klubu Polşa "Lex"inə oxşar ssenari ilə məğlub olmuşdu. 2012/13 mövsümündə isə Yunanıstanın "Asteras" klubu lotereyada "İnter"i üstələmişdi.