Neftçi sabah qayıdacaq
25 iyul 2014 13:09
Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" Sloveniyadan sabah qayıdacaq. Azerisport.az xəbər verir ki, Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində bu ölkənin "Koper" klubunu iki oyunun nəticəsinə görə üstələyən (1:2, 2:0) təmsilçimiz təyyarə reysi olmadığından vətənə vaxtında dönə bilməyib.
Paytaxt təmsilçisi Azərbaycana iyulun 26-da, saat 01:50-də dönəcək. Bakıya qayıdan kimi, "ağ-qaralar" üçüncü təsnifat mərhələsində qarşılaşacaqları Gürcüstan "Çixura"sı ilə oyunların hazırlığına başlayacaq.