Fotoreportaj|Video|На русском

Futbol

İnterlə Neftçi Avropa Liqasında növbəti sınağına çıxır

24 iyul 2014 00:12

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən komandalar da növbəti sınaqlarına çıxacaqlar.

Təmsilçilərimizdən biri - "İnter" ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Debüt mövsümündə Bosniya və Herseqovina "Şiroki Briyeq"inə uduzan (0:2, 0:3) "Qəbələ"dən fərqli, "bankirlər" Moldova "Tiraspol"una hər iki oyunda qalib gələrək (3:2, 3:1) adını növbəti mərhələyə yazdırdı. "Neftçi" isə mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb.

"İnter" Avroliqaya Premyer Liqamızın gümüş, "Neftçi" isə kubokun sahibi kimi qatılıb. Hər iki klubumuz əvvəllər bir neçə dəfə qitə miqyaslı turnirlərdə iştirak etdiyindən müəyyən təcrübəyə malikdilər. "Neftçi" hətta Avroliqanın qrup mərhələsində iştirak təcrübəsinə də malikdi. İndi "Neftçi" həmin uğurunu təkrarlamaq, "İnter" isə ilk dəfə buna nail olmaq üçün mübarizə aparır.
 
"Bankirlər" bu mərhələdə daha güclü İsveç "Elfsborq"u ilə mübarizə aparır. 1904-cü ildə yaranan bu klubun indiki baş məşqçisi Klas İnqesson 2013-cü ildən bu vəzifədədi. "Sarı-qaralar" ev oyunlarını təmsil etdikləri şəhərin adını daşıyan və 17 800 azarkeş tutumu olan "Boras Arena"da keçirir. Ölkənin əsas çempionatı olan "Allsvenskan"da "Elfsborq" 5 dəfə (1935/36, 1938/39, 1939/40, 1961, 2006) qalib adını qazanıb, 6 dəfə isə (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) çempionatın gümüş mükafatçısı olub. İsveçin ən titullu klublarından olan "sarı-qaralar" 5 dəfə finala çıxmaqlarına baxmayaraq, ancaq 2001 və 2003-cü illərdə ölkə kubokunu başı üzərinə qaldıra biliblər.

Komanda avrokuboklarda da uğurlu çıxışı ilə seçilir. 3 dəfə UEFA İntertoto Kubokunda finala çıxan isveçlilər 2 dəfə - 1980 və 2008-ci illərdə qalib olublar. İndiyə kimi, Çempionlar Liqasında 10 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, eyni sayda da məğlubiyyət yaşayıb. Avropa Liqasında isə 104 matçda iştirak edən İsveç təmsilçisi 41 qələbə, 20 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb. Bütövlükdə, bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb (statistikada "İnter"lə ilk oyunun nəticəsi nəzərə alınmayıb - red.). Ötən avrokuboklar mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.
 
"Elfsborq" Avropa Liqasına ölkə kubokunu qazanmaqla vəsiqə əldə edib. "İnter"in rəqibi kubokun finalında "Helsinborq"la qarşılaşmadakı minimal hesablı qələbə ilə kubokun sahibi olub. Komanda ölkə çempionatında ötən mövsümü 16 komanda arasında 6-cı yerdə tamamlayıb. Həmin mövsüm 30 oyun keçirən "sarı-qaralar" 12 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıblar. Rəqib qapılarına 49 top vuran komanda 34 qol buraxıb. Onu da bildirək ki, hazırda İsveç çempionatında yeni mövsüm davam edir və Klas İnqessonun yetirmələri 15 turdan sonra turnir cədvəlində 4-cü yeri tuturlar. Onlar 7 qələbə, 4 bərabərlik və 3 məğlubiyyət yaşayıblar. Rəqib qapılarına 21 top vuran komanda 13 qol buraxıb.
 
Son Azərbaycan kubokunun qalibi "Neftçi" isə Sloveniya təmsilçisi "Koper"lə mübarizə aparır. 1920-ci ildə yaranan kluba hazırda Ante Quberaç rəhbərlik edir. "Sarı-mavilər" matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 4047 azarkeş tutumu olan "Bonifika" stadionunda keçirir. İtaliyalı Rodolfo Vanoli komandanın hazırkı baş məşqçisidi və 2012-ci ildən bu vəzifədədi. Ölkənin əsas çempionatı olan "Prava Liqa"da "Koper" 1 dəfə (2009/10) qalib adını qazanıb. 2 dəfə isə (2007/08, 2013/14) komanda çempionatın gümüş mükafatçısı olub. "Sarı-göylər" 2 dəfə - 2005/06, 2006/07 mövsümündə ölkə kubokunun qalibi olublar. Son mövsümdə bu komanda ölkə çempionatını ikinci pillədə başa vurub. 10 komandadan, dörd dövrədən ibarət çempionatda "Koper" yalnız çempion "Maribor"dan geri qalıb. Əsas rəqibindən 8 xal az toplayan "Neftçi"nin rəqibi 36 oyuna 21 qələbə ilə 69 xala malik olub. 6 görüşdə heç-heçə edib, 9 oyunda uduzan "Koper" rəqib qapılarından 52 top keçirib, öz qapısında 36 qol görüb. Artıq Sloveniyada yeni mövsümə də start verilib. "Koper" yeni mövsümün açılış turunda səfərdə "Radomlje" üzərində 2:1 hesablı qələbəyə sevinib.

Klubun avrokuboklardakı nəticələri də çox ürəkaçan deyil. Bu vaxta qədər 4 dəfə (2006/07, 2007/08, 2008/09, 2011/12) Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparan komanda ancaq beşinci cəhdində, yəni bu mövsüm mərhələ adlaya bilib. Slovenyalılar Monteneqro "Çelik"ini üzərində qələbə (5:0, 4:0) qazanaraq, "Neftçi"yə rəqib olub. "Koper" 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan komanda Zaqreb "Dinamo"suna (Xorvatiya) məğlub olaraq (3:0, 1:5), ÇL-lə vidalaşıb.
 
Göründüyü kimi, təmsilçilərimizin rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Koper"lə "Elfsborq" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. "İnter" səfər oyununda qazandığı minimal hesablı qələbə sayəsində böyük üstünlük əldə edib ki, bunu əldən verməsi istisna deyil. Bakıda hətta istənilən hesablı heç-heçə də komandamızı növbəti mərhələyə çıxaracaq. Amma təbii ki, səfərdə məğlub etdikləri rəqibə Bakıda da qalib gəlmək pis olmazdı. "Neftçi"nin vəziyyəti isə bir qədər çətindi. Ev oyununda 1:2 hesabıyla uduzan komanda indi cütün taleyinə çətin səfər oyununda aydınlıq gətirməlidi. Bu yolda Koperdəki oyunda ən azı iki qol vurmaq mütləqdi. Böyükağa Hacıyevin komandası eyni zamanda öz qapısını toxunulmaz saxlamağa da çalışmalıdı. Buna nail ola bilməyəcəkləri halda isə, daha çox qol vurmaqla qalib gəlmək lazım gələcək.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.125 reytinq xalı var. Bu mövsüm ölkəmizə 0.750 xalı "İnter", 0.500 xalı isə "Qarabağ" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

"İnter" 4.525 xalla klub sıralamasında Avropanın 267-ci komandasıdı. "Neftçi" isə 7.525 reytinq xalı ilə 189-cudu. Rəqiblərə gəlincə, "Elfsborq" 9.965 xalla 143-cü, "Koper" də 3.900 xalla 289-cudu.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunları)
24 iyul

21:00. İnter - Elfsborq
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (hamısı Bolqarıstan).
UEFA nümayəndəsi: Krauford Vilson (Şimali İrlandiya).
Hakim-inspektor: Qudmunder İnqi Yonsson (İslandiya).
Bakı. "Şəfa" stadionu.
İlk oyun - 1:0

23:30. Koper - Neftçi
Hakimlər: Benoyt Millot, Stefan Luzi, Kiril Sent Lompre, Sebastyan Moreyra (hamısı Fransa).
UEFA nümayəndəsi: Tormod Larsen (Norveç).
Hakim-inspektor: Alfredo Trentalange (İtaliya).
Koper. "Bonifika" stadionu.
İlk oyun - 2:1

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah