Yığmamız ikinci oyununda məğlub oldu
24 iyul 2014 11:12
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Almaniyanın Baden regional yığması ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, turnirdəki ilk oyununda komandamız Mecklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlmişdi. (AFFA)