Pavel Kapsa: İstədiyimiz oyunu göstərə bilmədik
24 iyul 2014 19:00
"Simurq"un qapıçısı Pavel Kapsa komandasının Hayfa "Makkabi"si (İsrail, 0:2) və "Teuta" (Albaniya, 0:0) ilə yoxlama oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki oyunda biz komandanı yoxlamağa çalışırdıq. Əlbəttə, yoxlama oyunları olsa da, qələbə qazanmaq istəyirdik. Çünki qələbə hər zaman xoşdu. "Teuta" ilə oyundan əvvəl də məşqə çıxdığımız üçün yorğun idik. Ona görə də istədiyimiz kimi oynaya bilmədik. Hər şeyə rəğmən, "Simurq" gündən-günə artırır".