Anar Salmanov Vaduts - Rux matçında
24 iyul 2014 17:55
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Lixtenşteyndə yerli "Vaduts"la Polşanın "Rux" komandası üz-üzə gələcək.
Bu qarşılaşmanı azərbaycanlı hakimlər briqadası idarə edəcəklər. Baş hakim Anar Salmanovdu. Ona yan xətt hakimləri Mübariz Həşimovla Vaqif Musayev kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasındakı ilk oyunda "Rux" 3:2 hesabıyla üstün olub.