Koperin baş məşqçisi kömək istədi: Gəlin, bizi dəstəkləyin
24 iyul 2014 17:05
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə cavab qarşılaşması öncəsi yerli əhaliyə müraciət edib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu gün keçiriləcək görüşdə Koper əhalisindən onlara dəstək olmağı xahiş edib:
"Biz bu gün keçiriləcək qarşılaşmada dəstəyə çox ehtiyac duyuruq. Əminəm ki, bütün şəhər bizim qələbəmizi gözləyir. Ona görə də koperlilərə müraciət edirəm: gəlin, bizi dəstək olun".