Fasilə bitdi, məşqlərə davam
24 iyul 2014 14:45
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" 1 günlük istirahətin ardından Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirməkdədi. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.
Heyətdə zədəli futbolçu yer almır. "Sumqayıt" sabah növbəti yoxlama oyununa çıxacaq. Komanda Türkmənistan klubu "Altın Asır"la üz-üzə gələcək.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib və sonuncu yoxlama oyunundan Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb. (klub saytı)