Ansi Aqolli: Diqqətli olsaq, Zalsburqla oyunlarda uğurlu nəticəyə ümid edə bilərik
24 iyul 2014 14:25
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab matçından (4:0, ilk oyun 1:0), eləcə də növbəti rəqib - Avstriya "Zalsburq"undan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Valletta"ya qarşı çox yaxşı oynadıq. İkinci hissədə daha sakit alındı. İlk yarıda müəyyən çətinliyimiz var idi. Amma fasilədən sonra hər şey istədiyimiz kimi keçdi.
"Zalsburq"la oyunlarımız daha çətin keçəcək. Çünki rəqibimiz çox güclü komandadı. Əgər diqqətli oynasaq, yaxşı nəticəyə ümid edə bilərik".