Mikel Alvaro: Bu şansı əldən vermək olmaz
24 iyul 2014 13:54
"İnter"in yarımmüdafiəçisi Mikel Alvaro Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna hazırıq. Komandada yaxşı atmosfer var. Bu gün daha diqqətli oynamalıyıq. "Elfsborq"u yenə məğlub etmək istəyirik. Uğur qazanacağımıza ümidliyəm. Müdafiədə oturmağa hazırlaşmırıq, hücum futbolu sərgiləyəcəyik. Növbəti mərhələyə vəsiqə qazanmağa çox yaxınıq. Bunun üçün yaxşı şans əldə etmişik, bu şansı əldən vermək olmaz".