Neftçi Avroliqanın 3-cü təsnifat mərhələsində!
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Neftçi" də növbəti sınağına çıxıb.
Azərbaycan Kubokunun qalibi Sloveniya "Koper"i ilə mübarizə aparırdı. Hansı ki, bu komanda ilk təsnifat mərhələsində Monteneqro "Çelik"inə iki oyunun nəticəsinə (5:0, 4:0) görə 9 cavabsız qol vurmuşdu.
Bakıdakı ilk oyunda gözlənilməz məğlubiyyətlə üzləşən "Neftçi" cütün qalibi olmaq üçün səfərdə ən azı iki qol vurmağa məcbur idi. Amma bu, komandamızın yalnız qapısını toxunulmaz saxlayacağı halda yetərli olacaqdı. Əks halda, komandamıza daha çox qol vurmaq lazım gələcəkdi ki, mərhələ adlaya bilsin. Xoşbəxtəlikdən "Neftçi" elə minimum vəzifənin öhdəsindən gəlməklə üçüncü təsnifat mərhələsinə vəsiqəni təmin etdi.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
24 iyul
Koper - Neftçi - 0:2 (0:1)
Qollar: M.Seyidov, 21 (0:1), K.Kardoso, 84 (0:2).
Sarı vərəqələr: K.Kardoso, 18, İ.Quberaç, 25, Y.Ştromayer, 28, Y.Ştromayer, 51, D.Çrniqoy, 64, Q.Qaleşiç, 79, E.Ramos, 79.
Qırmızı vərəqə: Y.Ştromayer, 51.
Hakimlər: Benoyt Millot, Stefan Luzi, Kiril Sent Lompre, Sebastyan Moreyra (hamısı Fransa).
Koper. "Bonifika" stadionu.
İlk oyun - 2:1
KOPER: 25. Bojidar Radoçeviç, 5. Miha Blajiç (49. Matey Puçko, 63), 7. İviça Quberaç (k), 11. Periça İvetiç, 20. Domen Çrniqoy (3. Miha Qreqoriç, 70), 14. Qoran Qaleşiç, 16. Denis Haliloviç, 27. Damir Hadjiç (10. Mitya Lotriç, 89), 29. Matey Palçiç, 30. Yaka Ştromayer, 33. Miroslav Çovilo.
Ehtiyat oyunçular: 1. Ermin Hasiç, 4. Denis Şme, 8. Urban Jibert, 18. Leo Ştulaç.
Baş məşqçi: Rodolfo Vanoli.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 72), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi (23. Ruslan Qurbanov, 68), 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor (95. Elvin Bədəlov, 90+4).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 25. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev.
Baş məşqçi: Böyükağa Hacıyev.