Qarabağ Zalsburq üçün başladı
24 iyul 2014 13:15
Azərbaycan çempionu "Qarabağ" məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Zalsburq"u (Avstriya) qəbul edəcək komandamız bu gün hazırlıqlara start verir.
2 gün öncə Malta "Valletta"sını məğlub edərək Çempionlar Liqasındakı debüt ilində mərhələ adlayan komandamız dünəni istirahətlə keçirmişdi.
Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun 20:30-da strat götürəcək. Avstriyadakı cavab oyunu isə avqustun 6-da baş tutacaq. (klub saytı)