Vallettanın kapitanı: Qarabağ güclü olduğuna görə qalib gəldi
23 iyul 2014 00:56
Maltanın "Valletta" klubunun kapitanı Rayan Fenek UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında, o, komandasının 0:4 hesablı məğlubiyyətini belə şərh edib:
"Qarabağ" bizdən daha güclü olduğuna görə qalib gəldi. Amma hakimin də qəribə qərarlar qəbul etdiyini qeyd etmək lazımdı. İlk qırmızı vərəqə oyunumuza təsir etdi. Ondan sonra oyunumuz getmədi".
Xatırladaq ki, bu komandalar arasında Maltada keçirilmiş ilk oyunda "Qarabağ" "Valletta"dan güclü olmuşdu - 1:0.