Oliveyra: İstəməzdim ki, Simurqdan FİFA-ya şikayət edim
23 iyul 2014 00:34
"Simurq"un sabiq müdafiəçisi Anderson Oliveyra yenidən Zaqatala klubuna qayıtmağı arzulayır. Azerisport.az saytına açıqlamasında braziliyalı futbolçu bunları söyləyib:
"Simurq"da oynamaq istəyirəm. Klub prezidenti də mənim komandada qalmağımı istəyir. Amma baş məşqçi Georgi Çixradze bunu istəmir. Bunun səbəbini bilmirəm. İstənilən halda hər kəsə təşəkkürümü bildirirəm. Lakin bir məsələ də var. "Simurq"dakı son maaşımı hələ almamışam. Halbuki, digər oyunçuların bütün alacaqlarının verildiyini eşitmişəm. Dediklərinə görə, avqustun 10-na qədər ödəyəcəklər. Ümidliyəm. FİFA-ya şikayət etmək istəməzdim".