Asif Məmmədov: Səfərdəki qələbə hələ bizi növbəti mərhələyə çıxarmayıb
23 iyul 2014 12:29
"İnter"in kapitanı Asif Məmmədov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyundakı qələbə hələ bizi növbəti mərhələyə çıxarmayıb. "Elfsborq" güclü rəqibdi. Sabah bizi çox çətin oyun gözləyir. Ev oyununda bütün gücümüzü qoymalıyıq. Çünki qonaqlar yəqin ki, bizi yaxşı analiz ediblər. Düzünü deyim ki, hələ üçüncü təsnifat mərhələsindəki rəqiblərimizi düşünmürük. Avropa Liqasında asan rəqib olduğunu hesab etmirəm. Həm "Neman", həm də "Hafnarfyordur"a qarşı ciddi hazırlaşmaq lazımdı".