Abdulbari Gözəl: Yaxşı klub yaratmışıq
Azərbaycan çempionu "Qarabağ"ın prezidenti Abdulbari Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:
"Əslində, mən futbolu o qədər də çox sevmirəm. Amma bir dəfə Heydər Əliyev mənə klublardan birinə rəhbərlik edib, onu qaldırmağı dedi. Hədəfimiz klubu dünya səviyyəsinə qaldırmaq, tanıtmaqdı. Əlbəttə, komandanın oyunu məni həyacanlandırır. Yaxşı məşqçimiz var. O, öz kollektivinə güvənir. Biz hər şeyi düzgün etməyə çalışırıq. Bütün dünyaya göstərmək istəyirik ki, Qarabağ əslində kimindi. Yaxşı klub yaratmışıq. Tezliklə "Qarabağ"ın bazasında beş ulduzlu otel də istifadəyə veriləcək".
Xatırladaq ki, bu komandalar arasında Maltada keçirilmiş ilk oyunda "Qarabağ" "Valletta"dan güclü olmuşdu - 1:0.