Yığmamız almanlara qalib gəldi
23 iyul 2014 11:34
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız Almaniyanın Mecklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb.
Fərid Nəbiyevin dublu sayəsində qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. (AFFA)