Admir Teli: Zalsburqu ilk oyunda məğlub etmək vacibdi
23 iyul 2014 11:01
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Admir Teli UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:
"Mən həmişə demişəm ki, "Qarabağ" bir futbolçudan ibarət komanda deyil. Biz həmişə komanda oyunu ilə uğur qazanmışıq. Avstriya klubunu da doğma meydanda məğlub etmək bizim üçün çox vacibdi. İlk oyundan çox şey asılıdı. Bakıda qələbə qazansaq, səfərə bir qədər sakit yollana bilərik".