Zalsburqun futbolçusu: Qarabağın braziliyalıları haqda eşitmişəm
23 iyul 2014 19:05
Avstriyanın "Zalsburq" klubunun yarımmüdafiəçisi Valentino Lazaro Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın bizə rəqib olmasından xəbərdaram. Onların oyunlarına baxmamışam. Amma eşitmişəm ki, orada Azərbaycan yığmasının oyunçuları, həmçinin braziliyalılar oynayırlar. İstənilən halda, bizim hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə düşməkdi".