Elfsborqun məşqçisi: Cavab oyununda dəyişikliklər olacaq
23 iyul 2014 16:55
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim növbəti mərhələyə çıxmaq şansımız var. İlk oyunla müqayisədə müəyyən dəyişikliklərə əl atacağıq, amma mən bütün kartlarımızı açmaq istəməzdim. Həyacanlanmağa ehtiyac yoxdu. "İnter" və "Norrçöpinq"lə oyunlarda buraxdığımız qollar fərdi səhvlər nəticəsində gerçəkləşdi. Amma pozitiv məqamlar tapmağa çalışmalıyıq".