Elfsborq Bakıya 18 oyunçu gətirdi
23 iyul 2014 16:20
İsveçin "Elfsborq" klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, komanda Azərbaycana 18 futbolçu ilə təşrif buyurub.
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "İnter"in qonağı olacaq İsveç təmsilçisinin baş məşqçisi Klas İnqesson bu dəfə də komandasının yanında olmayacaq. Səhhətində problem olan mütəxəssisi köməkçisi Yan Miyan əvəzləyəcək.