AZAL Türkiyə klubuna məğlub oldu
23 iyul 2014 21:46
Yeni mövsümə Türkiyədə hazırlaşan AZAL bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrinin gücünü bu dəfə Türkiyənin "Balıkəsirspor" klubu ilə oyunda sınayıb.
Qarşılaşma "təyyarəçilər"in məğlubiyyəti ilə başa çatıb. 50 və 60-cı dəqiqələrdə qapısında qol görən AZAL bunlardan yalnız birinin əvəzini çıxa bilib - 66-cı dəqiqə. Başqa qol olmayınca, Türkiyə klubu qələbəyə sevinən tərəf olub.
Xatırladaq ki, AZAL Boludakı ilk sınaq matçında İranın U-21 yığması ilə sülh bağlamış (2:2), ardından Türkiyənin "Mersin İdmanyurdu" klubuna 2:1 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
23 iyul
AZAL - Balıkəsirspor - 1:2 (0:0)