Qəbələ Konyaspora qalib gəldi
Yeni mövsümə Hollandiyada hazırlaşan "Qəbələ" bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Dorinel Muntyanu yetirmələrinin gücünü bu dəfə Türkiyənin "Konyaspor" klubu ilə oyunda sınayıb.
Qarşılaşma bölgə təmsilçisinin inamlı qələbəsiylə başa çatıb. "Qəbələ"nin yenicə transfer etdiyi hücumçu Yazalde isə bu görüşdə debüt, debütünü isə qolla qeyd edib.
Xatırladaq ki, "Qəbələ" Hollandiyadakı ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəlmiş, arından "AZ Alkmaar"a məğlub olmuşdu - 0:2.
Yoxlama oyunu
23 iyul
Qəbələ - Konyaspor - 2:0 (0:0)
Qollar: Pavol Farkaş, 63, Yazalde, 78.
"Qəbələ"nin start heyəti: Anar Nəzirov, Pavol Farkaş, Rafael Santos, Ürfan Abbasov, Elnur Allahverdiyev, Ruslan Abışov, Adrian Ropotan, Dodo, Cavid Hüseynov, Andrey Kristya, Markinyos.