Simurq Albaniya klubu ilə sülh bağladı
23 iyul 2014 21:50
Avstriyada yeni mövsümün hazırlıqlarını sürdürən "Simurq" bu gün sözügedən ölkədə növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin rəqibi Albaniyanın "Teuta" klubu olub.
Qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, "Simurq" Avstriyadakı ilk sınaq matçında Hayfa "Makkabi"si (İsrail) ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
23 iyul
Simurq - Teuta - 0:0