Neftçi Sloveniyaya yollandı
23 iyul 2014 13:25
Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" bu turnirin ikinci təsnifat mərhələsindəki rəqibi olan "Koper"lə cavab oyunu üçün Sloveniyaya yollanıb. Azerisport.az xəbər verir ki, bakılılar bu gün Koperdə olacaqlar.
"Ağ-qaralar" mənzil başına çatdıqdan sonra oyunöncəsi son məşqə yollanacaqlar.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı sabah keçiriləcək. İlk oyunda "Neftçi" 1:2 hesabıyla məğlub olub.