XL Serbiya klubu ilə heç-heçə oynadı
22 iyul 2014 22:50
Yeni mövsümə Sloveniyada hazırlaşan "Xəzər Lənkəran" sözügedən ölkədəki toplanış çərçivəsində bu gün üçüncü yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar"ın budəfəki rəqibi Serbiya təmsilçisi "Rad" klubu olub.
Qarşılaşmada 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2. Cənub klubunun qollarını Tural Cəlilovla Rauf Əliyev vurublar.
Xatırladaq ki, "Xəzər Lənkəran" Sloveniyadakı ilk yoxlama oyununda Ukrayna "Karpatı"sına 2:1 hesabıyla qalib gəlmişdi. Oğuz Çətinin komandası Latviya təmsilçisi "Yurmala" ilə görüşdə də 3:1 hesabıyla üstün olmuşdu.
Yoxlama oyunu
22 iyul
Xəzər Lənkəran - Rad - 2:2