Azərbaycanlı hakim Almaniya - Serbiya oyununda
22 iyul 2014 12:23
FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. Azerisport.az xəbər verir ki, bu gün keçiriləcək Almaniya - Serbiya qarşılaşmasının yan xətt hakimlərindən biri Abbasov olacaq.
Oyunu ispaniyalı FIFA referisi Xavyer Estrada Fernandes idarə edəcək. Digər laynsman Henrik Larsen (Danimarka), dördüncü hakim isə Stefan Klossner (İsveçrə) olacaq.
Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. (AFFA)