Danilo Dias: Bu qələbə bizə çox lazım idi
22 iyul 2014 23:40
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Danilo Dias UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:
"Qələbəyə, eyni zamanda yeni komandamda ilk qolumu vurduğuma görə çox şadam. Bu qələbə bizə çox lazım idi. Doğma tribunalar qarşısında belə qələbə qazanmaq çox xoşdu. Növbəti mərhələdə də uğur qazanmağa çalışacağıq".
Xatırladaq ki, bu komandalar arasında Maltada keçirilmiş ilk oyunda "Qarabağ" "Valletta"dan güclü olmuşdu - 1:0.