Qara Qarayev: Layiqli qələbə qazandıq
22 iyul 2014 23:30
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Qara Qarayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Malta "Valletta"sına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsini belə şərh edib:
"Yaxşı oynadıq. "Valletta"nı layiqli şəkildə məğlub etdik, nəticə oyuna görə oldu. Yolumuza davam edirik. Ümid edirəm ki, "Valletta" üzərində qələbə bizim ÇL yolumuzun başlanğıcıdı. Qələbəni bütün Azərbaycan xalqına həsr edirik".
Xatırladaq ki, bu komandalar arasında Maltada keçirilmiş ilk oyunda "Qarabağ" "Valletta"dan güclü olmuşdu - 1:0.