Tahir Süleymanovun istefası qəbul olundu
22 iyul 2014 22:25
"Neftçi" klubu bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanatda klubun vitse-prezidenti Tahir Süleymanovun istefasının rəsmən qəbul olunduğu açıqlanıb:
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov 2014-cü ilin aprel ayında klub prezidenti Sadıq Sadıqova istefa ərizəsi ilə müraciət etmişdi. Lakin onun istefa məsələsinə daha sonra baxılmasına qərar verilmişdi. Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Neftçi” – “Koper” matçından sonra vitse-prezident Tahir Süleymanov istefa ərizəsinə yenidən baxılması üçün klub prezidenti Sadıq Sadıqova müraciət edib. Onun istefa ərizəsinə yenidən baxılıb və istefası klub prezidenti tərəfindən qəbul olunub".