"İnterlə oyunda dönüş etmək şansımız var"
22 iyul 2014 19:34
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Özümüzə inanırıq. Əminik ki, vəziyyəti öz xeyrimizə dəyişmək imkanımız var. Məşqlərdə daha çox taktikaya üstünlük veririk. Amma sürətə də diqqət ayırırıq. Meydanda daha yaxşı hərəkət etməliyik. Oyunla bağlı başqa planlarımız da var. Amma bu barədə ətraflı danışmaq istəmirəm".