AZAL hazırlıqlarını davam etdirir
22 iyul 2014 17:12
Yeni mövsümə hazırlığın ikinci mərhələsi çərçivəsində Boluda təlim-məşq toplanışında olan AZAL məşqlərə ara vermir. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in bu günə 2 məşqi planlaşdırılıb ki, onlardan biri səhər saatlarında baş tutub.
Hazırlığın əvvəli fiziki hazırlığın artırılmasına yönəlik olub. Futbolçular bir neçə “stansiya”da müxtəlif təmrinlər həyata keçirib. Ardından isə toplu və taktiki məşqlər həyata keçirilib.