Bizimkilərin Türkiyədəki ilk rəqibləri müəyyənləşdi
22 iyul 2014 16:00
Futbol üzrə Türkiyənin PTT 1-ci Liqasında yeni mövsümün püşkü atılıb. Azerisport.az xəbər verir ki, qardaş ölkədə çıxış edən yeddi azərbaycanlı futbolçunun komandaları da ilk rəqiblərini tanıyıblar.
Mahir Şükürovun forma geydiyi "Karşıyaka" yeni mövsümü "Antalyaspor"a qarşı keçirəcəyi ev oyunu ilə açacaq.
Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın yer aldığı "Qaziantep BB" "Boluspor"u qəbul edəcək.
Kamal Bayramovla Ayaz Mehdiyevin yenicə keçdiyi "Girəsunspor" isə "Samsunspor"la səfər matçına yollanacaq.
Branimir Subaşiçli "Manisaspor" doğma meydanda "Alanyaspor"la qarşılaşacaq.
Qeyd edək ki, PTT 1-ci Liqada ilk turun oyunları 30-31 avqust tarixlərində keçiriləcək.