Koper - Neftçi matçı 10 avroya
22 iyul 2014 14:50
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Sloveniya "Koper"i arasında keçiriləcək cavab matçına biletlərin qiymətləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüşə bir biletin qiyməti 10 avrodu.
Məktəblilər və tələbələr üçün 5 avroya, uşaqlar üçün isə pulsuz biletlər də var.
İlk 200 bileti alanlar arasında isə müxtəlif uduşlar da mövcuddu. Bütövlükdə, satışa 2400 bilet çıxarılıb.
"Koper" - "Neftçi" matçı iyulun 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.