Mitreski: Neftçiyə cavab matçında uğurlar arzulayıram
22 iyul 2014 14:16
"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski Makedoniyanın "Şkendiya" klubunun idman direktoru təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"dən ayrılandan sonra qərara aldım ki, karyeramı başa vurum. Nə qədər oynamaq olar axı? (gülür) Yenicə mənə "Şkendiya"nın idman direktoru vəzifəsi təklif olundu. Çox düşünmədim.
"Neftçi"nin Avropa Liqasındakı çıxışına gəlincə, komandanın ilk oyunda 1:2 hesabıyla uduzmasından xəbərim var. Amma hesab edirəm ki, şanslar hələ də bərabərdi. Niyə bu komandanı səfərdə məğlub etməsinlər? Keçmiş komandama uğurlar arzulayıram".