Qarabağ - Valletta matçına 5000 bilet satılıb
20 iyul 2014 20:40
Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta" arasında keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu qarşılaşmaya 5000-dən çox bilet satılıb.
"Qarabağ"ın Facebook səhifəsi 17 000 bilet satıldığını açıqlasa da, klubdan aldığımız məlumata görə, real rqəmlər xeyli azdı.
Qeyd edək ki, oyuna biletləri Tofiq Bəhramov adına Respublika stadionundan almaq olar.
Bu komandalar arasındakı cavab matçı iyulun 22-də keçiriləcək. İlk oyunda "Qarabağ" 1:0 hesabıyla qalib gəlib.