Nfor: Baş məşqçinin daha bir hücumçunu meydana buraxacağını gözləyirdim, amma...
"Neftçi"nin forvardı Ernest Nforun azerisport.az saytına müsahibəsi
- "Koper"ə məğlubiyyəti (1:2) nə ilə izah edə bilərsiz?
- Rəqibin ilk hissədə vurduğu qollarla. Bu iki qol oyunumuza çox təsir etdi. Biz özümüz erkən qol vurmaq istəyirdik. Amma hər şey əksinə oldu.
- Araz Abdullayevin qolu sizi həvəsləndirmədi?
- Arazın qolu olmasaydı, vəziyyətimiz daha pis olacaqdı. İkinci hissədə biz daha çox hücum etdik, qol vəziyyətləri yaratdıq. Amma onlardan yararlana bilmədik.
- Əvəzlənmənizdən narazı görünürdüz. Niyə?
- Biz uduzurduq. Mən meydana daha bir forvard çıxacağını gözləyirdim. Çünki qol vurmaq lazım idi.
- Böyükağa Hacıyevlə probleminiz var idi?
- Yox, hər şey normaldı. Bizim heç bir problemimiz yoxdu.
- Bəlkə özünüzü pleymeyker mövqeyində yaxşı hiss edirsiz?
- Mənim üçün heç bir fərqi yoxdu. Pleymeyker kimi də oynaya bilərəm, hücumçu kimi də.
- Sloveniyadakı oyundan nə gözləyirsiz?
- Bakıdakından daha yaxşı oynamalıyıq. Şansımız qalır.