Zaqreb geri çəkildi, Qlazqo Bakıya rəqib oldu
25 aprel 2014 12:48
Daha bir futbol federasiyası AÇ-2020-ni keçirmək haqda iddia ərizəsini təqdim edib. Azerisport.az sports.ru saytına istinadən xəbər verir ki, Şotlandiya Qlazqonu AÇ-2020-ni keçirməyə namizəd qismində irəli sürüb və beləliklə, paytaxtımız Bakı ilə rəqabətə qoşulub.
Şotlandiyalılar qrup və dörddəbir final mərhələsinin onlara etibar ediləcəyinə ümid edirlər.
Qeyd edək ki, Qlazqo Şotlandiyanın ən iri və Böyük Britaniya əhalisinin sayına görə dördüncü şəhəridir (London, Birminhem və Lidsdən sonra).
Xorvatiya isə öz namizədi paytaxt Zaqreb qismində iddiasını geri götürüb.
Xatırladaq ki, AÇ-2020-nin Avropanın 13 ölkəsində keçirilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə 34 iddiaçı şəhər öz namizədliyində israrlıdır.