Mustafa Dənizli: Rednik kimdir?
25 aprel 2014 12:33
Dünən “Xəzər Lənkəran” azarkeşləri futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Qəbələ” oyunu (1:1) zamanı komandanın baş məşqçisi Mustafa Dənizlini istefaya səsləyiblər. Azerisport.az xəbər verir ki, 100-ə qədər azarkeş oyundan sonra klubun bazasının yaxınlığında toplaşaraq “İstefa” və “Rednik” (komandanın sabiq baş məşqçisi Mirça Rednik) şüarlarını səsləndiriblər.
Məlumatımıza görə türk mütəxəssis bu hadisəyə heç bir reaksiya verməyib və köməkçilərinin birindən Rednikin kimliyi ilə bağlı soruşub.