Yığmamız 4:0 hesablı qələbə qazanıb
25 aprel 2014 12:12
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Novosibirsk vilayətində təşkil olunmuş turnirdə növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Sverdlovsk vilayətinin yığması ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.