Arazı yanlış təqdim etdilər
25 aprel 2014 11:22
Dünən futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Araz” - “Barselona” oyununun (4:4, pen 2:4) canlı yayımı zamanı təşkilatçılar “Araz”ın loqosunun təqdimatında yanlışlığa yol veriblər. Azerisport.az xəbər verir ki, təşkilatçılar Naxçıvan komandasının loqosunu İmişlinin “MKT-Araz” klubunun loqosu ilə dəyişik salıblar.
Bu səhv, canlı yayımın sonuna qədər aradan qaldırılmayıb.