Bruno Bertuççi: Mən sadəcə, asma etmək istəyirdim…
25 aprel 2014 11:11
“Neftçi”nin müdafiəçisi Bruno Bertuççi azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilmiş “Rəvan” - “Neftçi” oyunu (1:3), həmçinin, TPL-in 32-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyun haqda danışıb:
- Finala çıxmaq münasibəti ilə təbrik edirik...
- Sağ olun. Hər şeyin belə alındığına çox şadam. Erkən qol bizə çox kömək oldu. Bilirdik ki, rəqib finala çıxmaq üçün var gücü ilə oynayacaq. Biz yaxşı oynadıq.
- İndi son addımı atmaq qalır...
- Bəli, bu, belədir. Ötənilki uğuru təkrarlamaq istərdik.
- Razısınız ki, “Neftçi” uzun müddət ərzində ilk dəfə olaraq, həqiqətən də yaxşı oyuna və nəticəyə hesablanmış oyun göstərdi?
- Hətta bilmirəm, nə deyim. Ancaq razıyam ki, bu oyunda “Neftçi” həqiqətən yaxşı oynadı və biz həlledici oyunda qələbə qazanmağa ümid edirik.
- Yeri gəlmişkən, əla qol vurdunuz…
- Həqiqətən, pis alınmadı...
- Görünür, qapıçı və digərləri sizin oradan zərbə vuracağınızı gözləmirdilər...
- Yəqin. Ancaq mən cərimə meydançasına asmaya cəhd etmək istəyirdim (gülür).
- Həftənin sonunda sizi “Qarabağ”la oyun gözləyir.
- Mənim üçün “Qarabağ”la oyun böyük oyundur. Artıq aydındır ki, ağdamlılar bu mövsümün çempionu olacaqlar. Ancaq biz döyüşəcəyik. Yaxşı futbol göstərmək istəyirik.
- Demək ikinci yer - əsas məqsəddir?
- Belə də demək, olar. Ancaq Kubokun finalına gəlincə, burada heç bir ikinci yerdən söhbət belə gedə bilməz.