Benfika Yuveni, Sevilya Valensiyanı məğlub yola saldı
25 aprel 2014 02:00
Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, hər iki oyun ötən gecə keçirilib.
"Benfika" öz meydanında "Yuventus"la qarşılaşıb. Portuqaliya təmsilçisi rəqibini məğlub yola salıb.
İspaniya derbisində isə "Sevilya" "Valensiya"nı qəbul edib. Bu oyunda da meydan sahibləri iki cavabsız qolla qalib gəliblər.
Avropa Liqası
Yarımfinal (ilk oyunlar)
24 aprel
Benfika - Yuventus - 2:1
Qollar: Qaray, 3, Lima, 84 - Teves, 73.
Sevilya - Valensiya - 2:0
Qollar: M`Bia, 33, Bakka, 36.