Joze Alesio: Barselonanın bəxti gətirdi
25 aprel 2014 01:33
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Araz” - “Barselona” oyunundan (4:4, pen 2:4) sonra “Araz”ın baş məşqçisi Joze Alesio oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Alesio bunları söyləyib:
“Oyunçularım cəhd etdi və bütün bacardıqlarını ortaya qoydular. “Araz”ın rəqibi çox güclü idi. Biz bir növ lotereyada məğlub olduq - penaltilərlə. Məşqlərdə penaltiləri yerinə yetirmişdik. Ancaq oyunda alınmadı. Xatırlayıram ki, bir neçə il qabaq AÇ-də Ukrayn yığmasın penaltilərlə məğlub etmişdik. Ancaq bu dəfə “Barselona”nın bəxti gətirdi”.