Mark Karmona: Araz aqressiv oynayırdı
25 aprel 2014 01:22
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Araz” - “Barselona” oyunundan (4:4, pen 2:4) sonra “Barselona”nın baş məşqçisi Mark Karmona oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Karmona bunları söyləyib:
“Finala çıxmağımıza şadıq. “Araz” aqressiv oynayırdı. Buna görə də rəqibə qarşı fəaliyyət göstərmək çətin idi. Bəzi anlarda meydanda beş oyunçu olurdu. Ancaq səhvlər edir, qollar buraxırdıq. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu səbəbdən qollar çox oldu. Digər vəziyyətləri qiymətləndirməməyimizə təəssüflənirəm. Çünki rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi”.