Mustafa Dənizli: Kubokla vidalaşmaq, bizim üçün intihar etmək kimidir
24 aprel 2014 21:55
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Qəbələ” oyunundan (1:1) sonra oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Kubokla vidalaşdıq, bizim üçün intihar etmək kimidir. Mövsümün ən baxımlı, sürətli başlanğıcını oynadıq. Lakin buraxılan səhv qapımıza qolla nəticələndi. Oyunun əvvəlindən yüksək templə oynamağımız nəticə versə idi, nəyəsə ümid edə bilərdik. Risk etməli idik, amma alınmadı. Futbolçuları mən seçmişəm, heç kim “bu və ya digər futbolçunu heyətə gətirməliyik” sözünü mənə deməyib”.
(PFL)