Faustino Peres finalda İspaniya təmsilçisini arzulayır
24 aprel 2014 21:44
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Kayrat” - “Dinamo” oyunundan (1:2) sonra “Dinamo”nun baş məşqçisi Faustino Peres oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Peres bunları söyləyib:
“Turnirin təşkilatçılarına təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu. Oyunun ahənginə uyğun çıxış edə bildik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Finalda hansı komanda ilə qarşılaşacağımızın bizim üçün fərqi yoxdur. Amma gizlətməyəcəyəm, İspaniya təmsilçisinin qələbəsini istəyərdim”.
(AFFA)